Grives (Grives) Birləşmiş Krallığa qarşı [BP]- 57067/00
Qərar 16.12.2003 [BP]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Qərəzsiz məhkəmə
Müstəqil məhkəmə
Hərbi məhkəmənin müstəqilliyi və qərəzsizliyi: pozuntu yoxdur
Faktlar - Hərbi Dəniz Qüvvələrinin üzvü olan Ərizəçi hərbi məhkəmə tərəfindən qanunsuz və qəsdən yaralama əməlinə görə məhkum olunmuşdur. Məhkəmə daimi sədr, dörd aşağı rütbəli zabit və hakim-vəkildən ibarət idi. Dəniz hüququ üzrə ixtisaslaşan hakim-vəkil məhkəmə prosesinin ədalətli şəkildə həyata keçirilməsinə görə, və hüquq və prosedur məsələləri ilə bağlı qərarların verilməsinə görə məsul idi, lakin hökmün müzakirəsində iştirak etməmişdi və səs verməmişdi. Dəniz Şurası hökmü və ya cəzanı dəyişdirməməyi qərara almışdı. Ərizəçinin şikayəti Hərbi Apellyasiya Məhkəməsi tərəfindən rədd edilmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1: Kuper işində Məhkəmə hesab etmişdi ki, ərizəçinın hərbi məhkəmənin müstəqilliyi və qərəzsizliyi ilə bağlı narahatlıqları obyektiv olaraq əsaslandırılmamış idi. Lakin hərbi-dəniz məhkəmələri müəyyən cəhətlərinə görə hərbi məhkəmələrdən fərqlənir. Birincisi, dəniz cinayət təqibini həyata keçirən orqan öz işçiləri xaricində uniformalı dəniz vəkilləri arasından bir prokuror təyin edə bilər. Bu işdə isə, prokuror Kuperin işində olduğu kimi, cinayət təqibini həyata keçirən orqanın heyətindən idi. İkincisi, dəniz məhkəmə administrasiyası əməkdaşı mülki şəxsdir və hərbi xidmətdə deyildir. Bu açıq-aydın hərbi məhkəmə prosesinin müstəqilliyi və qərəzsizliyinə xidmət edir və bütün hallarda onun vəzifə və öhdəlikləri, hərbi hava qüvvələri sistemindəki bənzər əməkdaşların vəzifə və öhdəliklərinə uyğun idi və müstəqil fəaliyyət göstərdiyi barədə nəticəyə gəlməyə imkan verir. Üçüncüsü, hərbi hava qüvvələri ərazi və ümumi hərbi məhkəmələrdən ibarət olduğu halda, hərbi dəniz məhkəməsinin yalnız bir növü mövcud idi, lakin bu faktın tribunalların müstəqilliyi və qərəzsizliyi ilə bağlı heç bir əlaqəsi yoxdur. Dördüncüsü, hərbi dəniz məhkəməsində daimi hərbi məhkəmə sədri yoxdur, hər bir məhkəmə çağırışı ilə bağlı təyin olunur. Vəzifədə yüksəlməsi ilə bağlı heç bir ümidi və vəzifədən kənarlaşdırılacağı ilə bağlı heç bir qorxusu olmayan və məhkəmə kimi verdiyi qərarlardan hesabatlı olmayan daimi sədrin olmaması, ad hoc məhkəmə hesab oluna bilən bu hərbi dəniz qüvvələri məhkəməsini bu əhəmiyyətli müstəqillik elementindən məhrum edir. Beşincisi və ən vacibi, hərbi dəniz qüvvələri məhkəməsinin hakim-vəkili xidmətdə olan hərbi dəniz qüvvələri zabitidir, bu şəxs hərbi məhkəmədə fəaliyyət göstərmədiyi vaxtlarda müntəzəm hərbi dəniz vəzifələrini həyata keçirir, hərbi hava qüvvələri məhkəməsinin hakim-vəkili isə özü mülki şəxs olan Baş Hakim-Vəkilin başçılıq etdiyi idarədə çalışan mülki işçidir. Xüsusilə, hadisələrin baş verdiyi dövrdə hərbi dəniz məhkəməsi hakim-vəkilinin məhkəmə fəaliyyəti haqqında hesabat verməsi ilə bağlı müəyyən təcrübələr mövcud idi, bu da o deməkdir ki, onların mövqeyinin müstəqillik üçün güclü təminatlar verdiyi hesab edilə bilməz. Bu baxımdan, Hökumətin hərbi dəniz qüvvələri məhkəməsinin nisbətən az saylı olması və hərbi dəniz zabitlərinin hərbi sahə haqqında biliklərinin əhəmiyyəti az inandırıcıdır. Hakim-vəkil vəzifəsində mülki şəxsin olmaması hərbi dəniz məhkəməsini müstəqilliyin ən zəruri təminatlarından birindən məhrum etmişdir. Altıncı, hərbi dəniz məhkəmə üzvlərinə göndərilmiş təlimat qeydləri hərbi hava qüvvələri məhkəməsi üzvlərnə göndərilənlərdən daha az məlumat nəzərdə tuturdu və daha az aydın idi və nəticədə, hərbi-dəniz məhkəməsinın adi üzvlərini müstəqilliyinin kənar təsirlərdən qorumaqda daha az əhəmiyyət daşıyırdı. Nəticədə, hərbi-hava qüvvələri və hərbi-dəniz məhkəməsi arasındakı fərq o səviyyədə idi ki, ərizəçinın hərbi-dəniz məhkəməsinin müstəqilliyi və qərəzsizliyi ilə bağlı narahatlıqları obyektiv olaraq əsaslandırılmış hesab edilə bilər. Nəticədə bu məhkəmə prosesi ədalətli olmamışdır.
Nəticə:pozuntu (yekdilliklə).