1998-ci il yanvarın 26-də qərarın çıxarılması ilə nəticələnmiş
prosesin İHAK-ın 6-cı maddəsinin 1-ci hissəsinə zidd olaraq
həddən artıq uzun çəkməsindən şikayət etmişdir.
Məhkəmə hesab etmişdir ki, əcnəbilərin Fransaya daxil
olmasını qadağan edən qərarların cinayət ittihamının irəli
sürülməsinə aidiyyəti yoxdur. Bununla əlaqədar Məhkəmə qeyd
etmişdir ki, daxili hüquq baxımından belə qərarların xarakteri
müxtəlif şərhlər üçün açıqdır. Hər halda, daxili hüquqda cəzanın
bu və ya digər kateqoriyaya aid edilməsi özü-özlüyündə həmin
cəzanın cinayət xarakterli olub-olmamasının müəyyən edilməsi
üçün həlledici rol oynamır. Burada digər amillər, xüsusilə də
cəzanın mahiyyəti nəzərə alınmalıdır. Bununla bağlı Məhkəmə
qeyd etmişdir ki, ümumilikdə, ölkəyə daxil olmasını qadağan edən
qərarlar Avropa Şurasının üzv dövlətlərində cinayət xarakterli
tədbirlər kimi qiymətləndirilmir. Əksər ölkələrdə həmçinin inzibati
orqanlar tərəfindən qəbul edilə bilən belə qərarlar immiqrasiya
nəzarətinin məqsədləri üçün xüsusi preventiv tədbirlər təşkil
etməklə, 6-cı maddənin 1-ci hissəsinin mənasında ərizəçiyə qarşı
cinayət ittihamının irəli sürülməsinə aid deyillər. Onların cinayət
prosesinin kontekstində tətbiqi faktı bu qərarların preventiv
təbiətini dəyişmir. Belə çıxır ki, bu tədbirlərin ləğv edilməsi ilə
bağlı proses də cinayət hüququ sahəsinə aid edilə bilməz.
Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizəçilərin ölkəyə daxil
olması, onların ölkədə olması və ölkədən deportasiyasına dair
qərarların İHAK-ın 6-cı maddəsinin 1-ci hissəsinin mənasında
ərizəçinin mülki hüquq və vəzifələrinin müəyyən edilməsinə,
yaxud ona qarşı cinayət ittihamının irəli sürülməsinə aidiyyəti
yoxdur. Beləliklə, 6-ci maddənin 1-ci hissəsi hazırkı işə tətbiq
edilə bilməzdi.
93