Lupsa Rumıniyaya qarşı  
Ərizə : 10337/04  
Qərarın tarixi: 08-06-2006  
Xülasə  
Faktlar:  
Ərizəçi, 40 yaşlı Dorjel Lupsa, Belqrad şəhərində yaşayan  
Serbiya vətəndaşıdır. O, 2003-cü ilin avqust ayında deportasiya  
edilənədək 14 il ərzində Rumıniyada yaşamışdır. Ərizəçi 1989-cu  
ildə Rumıniyaya gələrək orada məskunlaşmış, 1993-cü ildə  
qəhvənin qızardılması və satışı ilə məşğul olan kommersiya  
şirkətini təsis etmişdir. 1994-ci ildən o, bir Rumıniya vətəndaşı ilə  
birgə yaşamış, onların bir oğlu olmuş, hazırda uşağın üç yaşı var  
və o, həm Rumıniyanın, həm də Serbiyanın vətəndaşıdır. 2003-cü  
il avqustun 6-da ərizəçi xaricdən qayıdıb sərhəd polisi tərəfindən  
heç bir maneə yaradılmadan Rumıniyaya gəlmişdir. Lakin növbəti  
gün sərhəd polisinin əməkdaşları ərizəçinin evinə gəlib onu  
deportasiya etmişlər. Onun vəkili çıxarılma tədbirindən apellyasiya  
şikayətini vermişdir. Buxarest Apellyasiya Məhkəməsinin 2003-cü  
il 18 avqust tarixli iclasında ərizəçinin vəkilinə prokurorluq  
tərəfindən 2003-cü il 28 may tarixində verilmiş orderin surəti  
təqdim edilmişdir. Həmin order ilə ərizəçi əcnəbilərin Rumıniyada  
olmasını tənzimləyən 194/2002 nömrəli Fövqəladə Qərara uyğun  
olaraq Rumıniya Kəşfiyyat Xidmətinin sorğusu əsasında  
arzuolunmaz şəxselan edilmiş və ərizəçinin milli təhlükəsizlik  
üçün təhdid yarada bilən fəaliyyətlə məşğul olmasına dair yetərli  
və ciddi kəşfiyyat məlumatlarının mövcudluğu əsasında 10 il  
ərzində Rumıniyaya gəlməsi qadağan olunmuşdur. Apellyasiya  
Məhkəməsi ərizəçinin vəkilinin işin təxirə salınması barədə  
vəsatətini təmin etməyib apellyasiya şikayətini rədd etmişdir.  
2003-cü və 2004-cü illərdə ərizəçinin rəfiqəsi onların oğlu ilə bir  
88  
neçə dəfə Serbiya və Çernoqoriyaya getmiş və bir neçə gündən bir  
neçə ayadək olan müddətlər ərzində orada qalmışdır.  
Şikayət:  
Ərizəçi iddia etmişdir ki, onun deportasiyası və ölkəyə  
gəlməsini qadağan edən qərarın qəbul edilməsi nəticəsində 8-ci  
maddə (şəxsi və ailə həyatına hörmət hüququ) və 7 nömrəli  
Protokolun 1-ci maddəsi (əcnəbilərin çıxarılmasına dair  
prosedur təminatlar) pozulmuşdur.  
Maddə 8  
Məhkəmə ərizəçinin Rumıniyanın cəmiyyətinə şübhəsiz  
inteqrasiya olunduğunu və əsl ailə həyatı qurduğunu nəzərə alaraq  
hesab etmişdir ki, onun deportasiyası və Rumıniya ərazisinə daxil  
olmasına qadağa həmin inteqrasiyaya son qoymuş və şəxsi və ailə  
həyatını elə ciddi surətdə pozmuşdur ki, rəfiqəsi və onların uşağı  
ilə müntəzəm görüşlər onu bərpa edə bilməzdi. Beləliklə,  
194/2002 nömrəli Fövqəladə Qərara uyğun olaraq cənab Lupsanın  
şəxsi və ailə həyatına müdaxiləyə yol verilmişdir.  
Məhkəmə xatırlatmışdır ki, barəsində milli təhlükəsizlik ilə  
bağlı mülahizələrə əsaslanan tədbirlər tətbiq edilmiş şəxs  
özbaşınalığa qarşı bütün təminatlardan məhrum edilməməlidir.  
Digər şeylərlə yanaşı, o, barəsindəki tədbirin qanuni olub-  
olmamasını əyyən etmək və dövlət orqanlarını mümkün  
pozuntulara görə cəzalandırmaq məqsədi ilə həmin tədbirin həm  
faktlar, həm də hüquq ilə bağlı məsələlərə baxmağa səlahiyyəti  
olan müstəqil və qərəzsiz qurum tərəfindən araşdırılmasına nail  
olmaq imkanına malik olmalıdır.  
Ərizəçinin Rumıniyada, yaxud hər hansı digər ölkədə  
törədilmiş cinayətdə iştirakı ilə bağlı heç bir araşdırma  
aparılmamışdır.  
Dövlət  
orqanları  
ərizəçiyə  
ümumi  
əsaslandırmadan başqa hər hansı digər məlumat verməmişlər.  
Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçinin ölkədə olmazının  
arzuolunmaz elan edilməsi barədə order milli qanunvericiliyə zidd  
89  
olaraq ona yalnız deportasiya olunmasından sonra təqdim  
edilmişdir. Məhkəmə həmçinin bu fakta diqqət yetirmişdir ki,  
Apellyasiya Məhkəməsi ərizəçinin həqiqətən milli təhlükəsizlik və  
ya ictimai asayiş üçün təhdid təşkil etməsini təsdiq etməyə cəhd  
etmədən prokurorun orderinin sırf formal yoxlanılması ilə  
kifayətlənmişdir.  
Ərizəçinin inzibati orqanlardakı və ya Apellyasiya  
Məhkəməsindəki  
özbaşınalığından  
icraat  
müdafiəsinin  
zamanı  
dövlət  
orqanlarının  
təmin  
minimal  
dərəcəsi  
edilmədiyinə görə, Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizəçinin  
şəxsi həyatına müdaxilə Konvensiyanın tələblərinə cavab verən  
qanunauyğun olmamışdır. Nəticədə Məhkəmə hesab etmişdir  
ki, hazırkı işdə 8-ci maddə pozulmuşdur.  
7 nömrəli Protokolun 1-ci maddəsi  
Məhkəmə əyyən etmişdir ki, ərizəçinin deportasiyasının  
hüquqi əsasını təşkil etmiş 194/2002 nömrəli Fövqəladə Qərar ona  
dövlət orqanlarının özbaşınalığına qarşı minimal təminatları  
təqdim etməmişdir. Nəticədə, ərizəçinin qanuna uyğun olaraq  
qəbul edilmiş qərara əsasən deportasiya olunmasına baxmayaraq,  
həmin qanun Konvensiya tələblərinə cavab vermədiyinə görə  
hazırkı işdə 7 nömrəli protokolun 1-ci maddəsi pozulmuşdur.  
Hər halda, Məhkəmə belə qənaətə gəlmişdir ki, Rumıniya  
dövlət orqanları ərizəçinin 7 nömrəli Protokolun 1-ci maddəsinin  
(a) və (b) bəndlərində nəzərdə tutulmuş təminatlarını pozmuşlar.  
Hakimiyyət orqanları ərizəçiyə törədilməsində şübhələndirildiyi  
cinayət barədə cüzi məlumat da verməmiş, prokurorluq ərizəçiyə  
barəsindəki işə Apellyasiya Məhkəməsində baxıldığı günədək  
orderin surətini təqdim etməmişdir. Daha sonra, Apellyasiya  
Məhkəməsi işin təxirə salınmasına dair bütün vəsatətləri təmin  
etməməklə ərizəçinin vəkilinə orderlə tanış olmağa və müdafiə  
tərəfinin sübutlarını təqdim etməyə imkan yaratmamışdır.  
90  
Apellyasiya Məhkəməsində işə sırf formal cəhətdən  
baxıldığını nəzərə alaraq, Məhkəmə əyyən etmişdir ki,  
ərizəçinin barəsindəki işin deportasiyası əleyhinə dəlillərin  
işığında araşdırılmasına nail olmaq imkanı olmamışdır. Bu  
səbəbdən Məhkəmə hesab etmişdir ki, hazırkı işdə 7 nömrəli  
Protokolun 1-ci maddəsi pozulmuşdur.  
91